
Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsi 2025-ci ildə Afrika Millətlər Kubokunun Mərakeşdə keçirilməsi ilə bağlı qərar qəbul edib.
90plus.az ərəb mediasına istinadən xəbər verir ki, CAF 2027-ci ildə isə Afrika Millətlər Kubokunun bu üç ölkə tərəfindən keçiriləcəyini açıqlayıb: Keniya, Tanzaniya, Uqanda.
2025-ci ildə Afrika Millətlər Kuboku iyun-iyul ayları arasında keçiriləcək. Daha öncə bu turnir ənənəvi olaraq qış mövsümündə keçirilirdi.
Xatırladaq ki, Seneqal yığması 2023-cü ildə Afrika Millətlər Kubokunun qalibi olub.