top of page

"2026-da da Messi bizim komandada çıxış edə biləcək"


Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messinin DÇ-2026-da da iştirak etməsini istəyir.

90plus.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bu barədə deyib:

“Düşünürəm ki, bu mümkündür. Baxmayaraq ki, çox şey onun istəyindən asılı olacaq. Hər şey bu müddət ərzində baş verənlərdən, özünü yaxşı hiss edib-etməyəcəyindən asılı olacaq. Qapılar onun üzünə həmişə açıq olacaq. O, meydanda xoşbəxtdir və oynadığı oyun bizə çox fayda verir".

Qeyd edək ki, Messi özü qalibi olduqları DÇ-2022-nin final matçından əvvəl verdiyi açıqlamada bildirmişdi ki, bu, onun mundialda sonuncu oyunudur.

0 comments
bottom of page