Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqu 5:0 hesabıyla məğlub etdikləri oyunda het-trik edib.
90plus.az xəbər verir ki, 36 yaşlı hücumçu, 21-ci əsrdə ən çox het-trik edən futbolçudur. Ronaldo 58 dəfə oyunlarda 3 qol vurub.
Ronaldodan sonra bu göstəricidə ikinci yerin sahibi Lionel Messidir. Argentinalı hücumçu 55 dəfə het-trik edib.
21-ci əsrdə ən çox het-trik edənlər
Kriştiano Ronaldo – 58 het-trik
Lionel Messi – 55
Luis Suares – 29
Robert Levandovski – 26
Neymar – 20
Mario Qomes – 18
Klas-Yan Huntelaar – 18
Serxio Aquero – 18
Zlatan İbrahimoviç – 17
Harri Keyn – 15