top of page

21 yaşına 2 Avropa qızılını sığışdıran Həsrət Cəfərov danışıb


“İkinci dəfə Avropa çempionu olmağımın arxasında böyük əziyyət durur”.


90plus.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Həsrət Cəfərov Dünya Güləş Birliyinin Media Xidmətinə açıqlama verib.


21 yaşlı idmançı qatıldığı bütün turnirlərə ciddi yanaşdığını vurğulayıb:


“Heç bir yarışa özümdən razı şəkildə getmirəm. Bu, bizə həm düşmür, həm də yaraşmır. Rəqiblərin hər birini güclü idmançı kimi görürəm. Heç birini özümdən zəif saymıram. Avropa çempionatında da qarşılaşdığım güləşçilərin hər biri titullu idmançılar idi”.


Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına qədər daha bir turnirdə çıxış edəcəyini deyib:


“Dünya çempionatının finalında kubalıya məğlub olmuşdum. Orada bəzi səhvlərim oldu. Həmin mundialdan sonra səhvlərimin üzərində işlədim. Növbəti yarışda daha uğurlu çıxış edəcəyimə inanıram. Yəqin ki, olimpiadaya qədər daha bir yarışa qatılacağam”.


Qeyd: Həsrət Cəfərov 2023-cü ildə Xorvatiyadakı Avropa çempionatının da qızıl medalını qazanıb.

0 comments

Comments


bottom of page