top of page

21 yaşlı oyunçu Mbappeni geridə qoydu

Fransa Liqa 1-də "Reyms"in "Lorient"i 4-2 hesabı ilə məğlub etdiyi matçda het-trik edən Folarin Balogun qollarının sayını 14-ə çatdıraraq bombardir sırasına yüksəlib.


90plus.az xəbər verir ki, 21 yaşlı gənc futbolçu "Reyms" forması ilə keçirdiyi son 2 matçda 4 qol vurub. Liqa 1-də qol sayını 14-ə çatdıran Balogun,l PSJ-nin 13 qolu olan ulduz futbolçusu Kilian Mbappeni geridə qoyub, bombardirlik yarışına başçılıq edir.


Mövsümün əvvəlində Premyer Liqa təmsilçisi "Arsenal"dan icarə əsasında transfer olunan Balogun İngiltərə komandasının infrastrukturunda futbol oynamağa başlayıb.


Qeyd edək ki, İngiltərə U21-də də çıxış edən Folarin Balogun yarışdığı U21 Avropa Çempionatında 10 matça çıxıb və 6 dəfə qol sevinci yaşayıb.



0 comments

Recent Posts

See All
bottom of page