Vinisius Junior Braziliyanın DÇ-2022-dəki ilk oyunundan məmnundur.
90plus.az xəbər verir ki, dünən Serbiya ilə matçda (2:0) millidə debüt edən "Real"ın hücumçusu deyib.
“Debüt görüşümdə qalib gəldiyimiz üçün çox şadam. Biz oyuna yaxşı köklənmişdik və əla ab-havada başladıq. 22 ildir ki, bu günü gözləyirdim. Bunu çox arzulayırdım və çox çalışdım. Komandaya kömək etdiyim üçün şadam. Qarşıda 6 final var”, - deyə Vinisius oyundan sonra bildirib.