22 yaşlı futbolçu vəfat etdi

Braziliyanın ikinci divizionunda çıxın edən "Quarani"nin futbolçusu Tyaqo Kortes ölüb.



90plus.az klubun "İnstaqram" səhifəsinə istinadən xəbər verir ki, hadisə dünən olub. Dizindəki zədədən bərpa olunan 22 yaşlı müdafiəçi fizioterapiya seansı üçün xəstəxanaya gedib. Ancaq o, prosedurun gedişatında özünü pis hiss edib və dünyasını dəyişib.


Kortesin dəqiq ölüm səbəbi hələlik məlum deyil.

0 comments