24 yaşlı futbolçu vəfat edib

İngiltərənin "Morkam" klubunun futbolçusu Kristian Mbulu dünyasını dəyişib.



90plus.az 4-cü liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ingilis müdafiəçi 24 yaşında qəflətən vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb


Qeyd edək ki, Kristian Mbulu karyerası ərzində "Morkam"dan əlavə, İngiltərədə "Brentvud", "Milluoll", "Kanvi-Aylend", "Breyentri Taun", "Kru Aleksandra", həmçinin Şotlandiyada "Moteruell" klublarında da çıxış edib.

0 comments