25 ildən sonra bir ilk


İngiltərə millisi 25 il sonra ilk dəfə Avropa çempionatlarının yarımfinal mərhələsinə adlayıb. 90plus.az xəbər verir ki, yığma buna ötən gecə Avro-2020-nin 1/4 finalında Ukraynaya qalib gəlməklə (4:0) nail olub. Beləliklə, Qaret Sautqeytin kollektivi yarımfinala adlayıb. İngiltərə millisi son dəfə 1996-cı ildə Avropa çempionatının 1/2 finalında mübarizə aparıb. Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Danimarka ilə qarşılaşacaq.

0 comments

Recent Posts

See All