26 yaşında karyerasını başa vurdu, 29 yaşında tarixə düşdü

“Tottenhem”in müvəqqəti baş məşqçisi Rayan Mayson Premyer Liqada rekorda imza atıb.

90plus.azBritaniya mətbuatına istinadən xəbər verir ki, komandanı dünən ölkə çempionatında "Sauthempton"la oyuna (2:1) çıxaran 29 yaşlı mütəxəssis Premyer Liqada ən gənc məşqçi kimi tarixə düşüb. Bundan əvvəlki rekord “Kristal Pelas”ı çalışdıran Attilio Lombardoya məxsus idi. O, 32 yaşında komandaya baş məşqçi təyin olunmuşdu.

Futbola "Tottenhem"in akademiyasında başlayan Meyson zədə səbəbindən 26 yaşında futbolçu karyerasını başa vurmaq məcburiyyərində qalıb. O, 2018-ci ildə “Holl Siti”nin heyətində “Çelsi” ilə matçda Hari Çellə toqquşması nəticəsində ağır zədə alıb. Futbolçu karyerasını başa vurduqdan sonra o, məşqçiliyə başlayıb. Meyson indiyədək “Tottenhem”in akademiyasında məşqçi vəzifəsində izləyib.

Qeyd edək ki, Mayson “Tottenhem”də istefaya göndərilən Joze Mourinyonu əvəzləyib. O, bu mövsümün sonuna kimi komandanı çalışdıracaq.

0 comments