28 min şam yandırıldı.. - Video

Berlinin “Union” klubunun stadionunda Milad bayramı münasibəti ilə ənənəvi tədbir keçirilib.

90plus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 28 mindən çox insan arenada toplaşıb. Onlar şam yandıraraq, birlikdə mahnı oxuyublar. Qeyd edək ki, bu ənənənin əsası 2003-cü ildə, “Union”ın azarkeş hərəkatı olan “Alt-Unioner”in təşəbüssü ilə qoyulub. Həmin vaxtdan hər il Milad bayramı münasibəti ilə azarkeşlər və yerli əhali sözügedən stadiona toplaşaraq bayramı bu formada qarşılayırlar.

https://youtu.be/1NPObYn9Qzc

0 comments