top of page

280 gündən sonra meydana qayıtdı

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç 280 gün sonra ilk dəfə meydançaya çıxıb.


90plus.az xəbər verir ki, 41 yaşlı hücumçu İtaliya A Seriyasının 24-cü turunda “Atalanta” ilə oyunda (2:0) iştirak edib. İsveçli forvard oyunun 74-cü dəqiqəsində fransalı hücumçu Olivye Jirunu əvəzləyərək meydana daxil olub.


İbrahimoviç may ayında zədə səbəbindən əməliyyat olunub. Bundan sonra o, reabilitasiya prosesi keçib. Futbolçu ötən mövsüm "Milan"ın heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 3 qol ötürməsi edib.

0 comments
bottom of page