3 baş məşqçi - "Breşiya" yoxsa AFFA?


Millimizin baş məşqçi vəzifəsinə 32 namizəddən 3-ü  ilə “Breşiya” maraqlanır.

90plus.az xarici KİV-lərə istinadən xəbər verir ki,  baş məşqçi Eucenio Korini ilə yolları ayırmağa hazırlaşan A seriyası təmsilçisi bu vəzifəyə əsas namizədlər sırasında  Luici Di Byaco, Canni De Byazi, Çezare Prandellini görür. Onlardan birinin komandaya baş məşqçi təyin olunacağı gözlənilir.

 Sözügedən mütəxəssislər millimizin baş məşqçi vəzifəsinə də namizədlər arasındadır.

Qeyd edək ki, "Breşiya" hazırda ölkə çempionatında 15 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

0 comments