3-cü dəfə əməliyyat oldu.

"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira bir müddət meydana çıxa bilməyəcək.

90plus.az xəbər verir ki, 32 yaşlı futbolçu sol dizindən əməliyyat olunub.

Əməliyyatın uğurlu keçdiyi bildirilib. Lakin Xediranın tam sağalması üçün üç ay vaxt lazım olduğu açıqlanıb. Qeyd edək ki, Almaniya millisinin üzvü bu ilin fevral ayında ürəyindən, aprelində isə sağ dizindən əməliyyat olunmuşdu.

0 comments