3 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı start götürəcək. 90plus.az xəbər verir ki, Azərbaycan yığması 45 ölkədən 362 idmançının iştirak edəcəyi yarışa 9 cüdoçu ilə qatılıb. Bu gün 3 idmaçımız Kəramət Hüseynov, Orxan Səfərov, Nicat Şıxəlizadə tatamiyə çıxacaq. Kişilər 60 kq 1/16 Kəramət Hüseynov - Nikolae Foca (Moldova) 66 kq 1/16 final Orxan Səfərov – Amit Boboviç (İsrail) Nicat Şıxəlizadə - Matey Polyak (Slovakiya) Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq

0 comments

Recent Posts

See All