3 futbolçu "Zirə"dən ayrıldı


“Zirə" klubu daha 3 futbolçusu ilə yollarını ayırıb. 90plus.az xəbər verir ki, Elvin Camalov, Rodriqo Bonqonqui və Mateus Albino ilə müqavilə başa çatıb. “Zirə" onlara göstərdikləri xidmətləri qarşılığında təşəkkür edib, karyeralarında uğurlar arzulayıb. Qeyd edək ki, "Zirə" daha əvvəl Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla əməkdaşlığa son qoyub

0 comments