
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Azərbaycanın 3 sərbəst güləşçisi finala vəsiqə qazanıb.
Rəşid Babazadə (65 kq) yarımfinalda Babazadə türkiyəli Hamza Zopalıya 11:8 hesabı ilə qalib gəlib. Rəşid həlledici görüşdə fransalı Xamzat Arsamerzoyevlə üz-üzə gələcək.
Maqomed-Başir Xaniyev (70 kq) finala gedən yolda gürcüstanlı Davit Patsinaşvilini 7:4 hesabı ilə məğlub edib. O, finalda ermənistanlı Hayk Papikyanla güləşəcək.
İslam İlyasov (97 kq) 1/2 finalda macarıstanlı Riçard Veqə 6:0 hesabı ilə qalib gəlib. İslam həlledici görüşdə türkiyəli Oktay Çiftçi ilə qarşılaşacaqlar.
57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarından bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.