3 klub daha Superliqaya qatılır

Yeni yaradılan Avropa Super Superliqasında iştirak edəcək daha 3 komandanın adı məlum olub.


90plus.az xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Nikola Skira özünün Tvitter səhifəsində yazıb. O, Amaniyadan "Bavariya" və "Leyptsiq", Portuqaliyadan isə "Portu"nun yarışa qoşulmaq istədiyini bildirib.

Bundan əvvə isə İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real", İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları turnirdə iştirakını təsdiqləyib.

0 comments