top of page

3 komandamız dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.


90plus.az qurumun saytına istinadən xəbər verir ki, komandalarımız 502 komandanın arasında yer alıb.


"Qarabağ" 139 xalla ən yaxşı göstəriciyə malikdir. "Köhlən atlar" 7 pillə irəliləyərək 78-ci yerə yüksəlib.


"Neftçi" və "Zirə" reytinqdə irəliləyib. "Ağ-qaralar" 290-cı pilləyə, qəsəbə təmsilçisi isə 478-ci yerə yüksəlib.



0 comments
bottom of page