
Azərbaycan yığmasının bu gün Belarusa qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II tur matçı üçün "23-lüy"ü müəyyənləşib.
90plus.az xəbər verirdi, baş məşqçi Canni De Byazi sərəncamındakı futbolçulardan 3-nü oyunun iştirak ərizəsindən kənarda saxlayıb.
Bunlar Polşanın "Visla" (Plotsk) komandasından Anton Krivotsyuk, həmçinin "Qarabağ"ın mərkəz müdafiəçisi Bədavi Hüseynov və cinah oyunçusu Toral Bayramovdur.
Krivotsyuk ilk turun səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzduqları görüşdə də "23-lük"dən kənarda qalmışdı. Onunla birlikdə "Qarabağ"ın daha bir cinah oyunçusu Abbas Hüseynov və "Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev də iştirak ərizəsində yer almamışdı.