3 Top-klub Çempionlar Liqasından kənarlaşdırıla bilər

90plus.az "Football İtalia"ya istinadən xəbər verir ki, UEFA məsləhətçisi Evelina Kristilin bildirib ki, İspaniyanın “Real Madrid” və “Barselona”, İtaliyanın “Yuventus” komandaları Çempionlar Liqasından diskvalifikasiya edilə bilər. Buna səbəb komandaların Super Liqada iştirakıdır. “Hazırda vəziyyət belədir ki, adları qeyd olunan klublar UEFA nizamnaməsinin 49 və 51-ci maddələrini pozublar. 51-ci maddənin pozulmasına görə müəyyən sanksiya nəzərdə tutulmayıb, ona görə qərar tam UEFA-nın səlahiyyətindədir. UEFA-nın qərarı isə çox sərt ola bilər”, - Kristilin qeyd edib.

0 comments