top of page

30 ildə 30-cu dəfə...


Azərbaycan Kubokunun 30 illik tarixində 30-cu dəfə penaltilər seriyasına müraciət olunub. 90plus.az xəbər verir ki, bu, "Neftçi" və "Zirə" arasında yarımfinalın cavab oyununa təsadüf edib. Hər iki matçda qolsuz bərabərlik qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə istifadə edilib. Bu, cari mövsümün ilk penaltilər seriyasıdır. Yarımfinalda isə qalib 6-cı dəfə penaltilərlə müəyyənləşib. Sonuncu belə hadisə ötən mövsümün yarımfinalında baş verib. Həmin vaxt “Sumqayıt” iki qolsuz heç-heçədən sonra “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 5:4. Qeyd edək ki, 11 metrlik cərimə zərbələrində daha dəqiq (4:2) oynayan "Zirə" finalda "Qarabağ"a rəqib olub.

0 comments
bottom of page