“33 gündür başımıza hər şey gəlir" - Luis Enrike


İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin 1/4 final mərhələsində İsveçrəni məğlub etdikləri oyun (1:1, penaltilər seriyası - 3:1) haqqında fikirlərini bildirib. 90plus.az xarici KİV-lərə istinadən xəbər verir ki, Enrike, matçla bağlı bunları deyib: “33 gündür başımıza hər şey gəlir. Bunların öhdəsindən gəlməyə çalışdıq. Oynadığımız oyunları təhlil etsək, ilk oyunun möhtəşəm, ama qolun əskik olduğunu, ikincinin çox yaxşı olmadığını, üçüncünün mükəmməl, dördüncünün isə bir sənət əsəri olduğunu görərik. Unay Simon Xorvatiya ilə oyunda uğursuzluq yaşadı. Lakin bu oyunda onun qəhrəman olduğunu görmək məni xoşbəxt etdi”. Qeyd edək ki, İspaniya yığması yarımfinalda İtaliya ilə qarşılaşacaq.

0 comments