34-cü çempionluq

Argentina Superliqasının 23-cü- son turunun oyunları keçirilib.

90plus.az xəbər verir ki, "Boka Xuniors" "Gimnasiya"nı qəbul edib. Ev sahibi komanda 72-ci dəqiqədə vurduğu qolla Maradonanın çalışdırdığı kollektivə minimal hesabla qalib gəlib. Digər matçda isə son turadək sıralamaya liderlik edən "River Pleyt" səfərdə "Atletiko Tukuman"la bacarmayıb- 1:1. Beləliklə, ümumi nəticədə 48 xal toplayan "Boka Xuniors" "River Pleyt"i 1 xal qabaqlayaraq 34-cü dəfə Argentina çempionu adını qazanıb

0 comments