36 cüdoçumuz Antalyaya yollanacaq


Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. 90plus.az xəbər verir ki, hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 - 14 yanvarda gerçəkləşəcək. Antalyaya 24 kişi və 12 qadın idmançı yollanacaq. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadın millisinə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək. Toplanışa Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələr də qatılacaq.

0 comments