36 yaşlı Milevski Azərbaycanda çıxış edə bilər

Ukrayna millisinin sabiq üzvü Artyom Milevski Azərbaycanda çıxış edə bilər.


90plus.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında futbolçunun meneceri Aleksandr Pankov deyib.


Onun sözlərinə görə, “Minay”ın 36 yaşlı hücumçusu üçün Belarus və Azərbaycandan zənglər gəlib. Menecer Milevskinin klubu ilə müqaviləsinin davam etdiyini, iyun ayında futbolçu ilə gələcəyi haqda söhbət edəcəyini də bildirib: “Ukrayna klublarından, Belarus və Azərbaycandan zənglər gəldi. Artyomun dəvət olunduğu layihələr var. Bütün bunları müzakirə etmək lazımdır”.


Qeyd edək ki, uzun illər Kiyev “Dinamo”sundan çıxış edən Milevski “Qaziantepsor”, “Hayduk”, “Konkordiya”da da oynayıb.

0 comments