top of page

36 yaşlı Ronaldo Avro-2020-nin bombardiri oldu


Avropa çempionatının ən yaxşı bombardiri bəlli olub. 90plus.az xəbər verir ki, bu ada 5 qol vuran Kriştiano Ronaldo layiq görülüb. Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənsə də, Ronaldo Şiki əlavə göstəricilər hesabına üstələyib. 36 yaşlı forvardın aktivində 1 məhsuldar ötürmə də olub. Digər tərəfdən, o, meydanda 360 dəqiqə, Şik 404 dəqiqə keçirib. Ronaldo ümumilikdə 14 qol vuraraq, UEFA-nın fransalı sabiq prezidenti Mişel Platiniyə məxsus rekordu yeniləyib.

0 comments
bottom of page