top of page

38 yaşlı Melonun yeni klubu


Braziliyanın “Palmeyras” klubundan ayrılan Felipe Melonun yeni komandası müəyyənləşib.

90plus.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi “Fluminense”yə keçəcək. Bu barədə Braziliya klubunun prezidenti Mario Bittenkurt yerli mətbuata açıqlamasında deyib. O, Melo ilə razılığa gəldiklərini bildirib. Qeyd edək ki, Braziliya millisizinin sabiq üzvü karyerası ərzində ölkəsində “Flamenqo”, “Qremio”, “Kruzeyro”, İtaliyada “Fiorentina”, “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Malyorka”, “Rasinq”, “Almeriya” kimi klublarda da çıxış edib.

0 comments
bottom of page