top of page

38 yaşlı Pandevlə yeni müqavilə

Şimali Makedoniya millisindəki karyerasını başa vuran Qoran Pandev "Ceno"dakı çıxışını davam etdirəcək.

90plus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu klubun yeni müqavilə təklifini qəbul edib.

Müqaviləyə əsasən Pandev daha bir mövsüm Genuya təmsilçisinin formasını geyinəcək. Qeyd edək ki, Pandev 2015-ci ildən A seriyası təmsilçisində çıxış edir. Onun futbolçu karyerasını başa vuracağı haqda xəbərlər yayılıb. Qoran İtaliyada "Latsio", "İnter", "Napoli"də oynayıb.

0 comments
bottom of page