top of page

"4 il çox uzun gözləmə müddətidir"


"Bizim indi dünya çempionatı adlandırdığımız turnir tarixən digərlərindən daha güclü olan bir qrup komandanın mübarizəsidir. İştirakçı sayının artması bunu bir qədər dəyişəcək. Lakin 4 il çox uzun gözləmə müddətidir". 90plus.az xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı Sinqapurda "AFF Suzuki Cup" turnirinin açılış mərasimində deyib. Funksioner bildirib ki, mundiallar arasındakı vaxtı qısaltmaqla qeyri-futbol ölkələrinin irəliləyişinə nail olacaqlar: "Məsələn, Sinqapurun arzusu dünyanın ən yaxşı komandaları ilə oynamaq şansı qazanmaqdır. Beynəlxalq pəncərələrin sayını artırmaq lazım deyil, onları düzgün strukturlaşdırmaq və daha uzunmüddətli etmək kifayətdir". Qeyd edək ki, hazırda dünya çempionatı 4 ildən bir keçirilir. Növbəti mundial 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə olacaq.

0 comments
bottom of page