4 oyunluq baş məşqçi

İspaniyanın "Alaves" klubu baş məşqçisi Xuan Munislə yolları ayırıb.

90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


51 yaşlı mütəxəssisin La Liqa təmsilçisindəki işi çox çəkməyib. Bu ayın 5-də komandaya baş məşqçi təyin edilən Munis "Alavesi"i 4 La Liqa oyununa çıxarıb. Komanda "Barselona" (0:5) və "Real"a (0:2) uduzsa da, "Betis" (2:1) və "Xetafe" (0:0) ilə oyunda 4 xal toplayaraq La Liqada qalmağı bacarıb. Lakin klub rəhbərliyi ispan məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Onun başa çatan müqaviləsi yenilənməyib. Qeyd edək ki, "Alaves" mövsümü 39 xalla 16-cı pillədə başa vurub.

0 comments