top of page

5 sərbəst güləşçimiz Paris-2024-ə vəsiqə qazandı!


Azərbaycanın sərbəst güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına dörd lisenziya qazanıb.


90plus.az xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində 86 kq çəki dərəcəsində Osman Nurmaqomedov ukraynalı Vasili Mixaylonu yarımfinalda 4:1 hesabı ilə məğlub edib.



74 kq çəki dərəcəsində Turan Bayramov da Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. 23 yaşlı pəhləvan yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub.

65 kq-da Azərbaycan millisinin lideri Hacı Əliyev ardıcıl üçüncü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Üçqat dünya və dördqat Avropa çempionu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

32 yaşlı idmançı yarımfinalda Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gəlib.

H.Əliyev Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.


Əliabbas Rzazadə isə 57 kq-da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

26 yaşlı idmançı Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.



Son olaraq, Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili (125 kq) yarımfinalda Alen Xubulov (Bolqarıstan) üzərində inamlı qələbə qazanaraq Paris-2024-ə vəsiqə qazanıb.


Qeyd: Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 16-ya yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.



0 comments
bottom of page