40 yaşında futbola qayıtdı


90plus.az xəbər verir ki, İngiltərə milli komandasının sabiq futbolçusu Joe Cole peşəkar karyerasını bərpa edib.


O, hal-hazırda İngiltərənin XI divizionunda çıxış edən "Belstone" klubu ilə anlaşdığını bildirib. 40 yaşlı futbolçu "Harefield United"lə matçda debüt edib (2:1)


Qeyd edək ki, 2018-ci ildə peşəkar karyerasını başa vuran 40 yaşlı Cole "Chelsea" və "Liverpool" kimi klublarda çıxış edib.

0 comments