40 yaşlı hücumçunun yeni klubu bəllidir


Paraqvay millisinin sabiq futbolçusu Roke Santa Krusun yeni komandası müəyyənləşib. 90plus.az xəbər verir ki, 40 yaşlı hücumçu ölkəsinin "Olimpiya" klubunu yerli "Libertad"a dəyişib. Təcrübəli forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Roke Santa Kruz karyerası ərzində Almaniyanın "Bayern", İngiltərənin "Mançester Siti", İspaniyanın "Betis" və "Malaqa" klublarında da çıxış edib.

0 comments