top of page

42 yaşlı Quiza 5-ci liqa klubunda

İspaniya millisinin sabiq üzvü Daniel Quizanın yeni klubu müəyyənləşib.


90plus.az xəbər verir ki, 42 yaşlı hücumçu İspaniyanın 5-ci liqa təmsilçisi "Rota"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.


Qeyd edək ki, Dani Quiza karyerası ərzində "Xeres", "Malyorka", "Ueska", "Mursiya", "Xetafe", "Fənərbaxça", "Kadis" kimi klublarda çıxış edib. O, İspaniya millisinin heyətində 21 oyun keçirib və 6 qol vurub. O, 2008-ci ildə yığmanın heyətində Avropa çempionu olub.



0 comments
bottom of page