43 ildən sonra yenidən...

La Liqanın 30-cu turunda “Barselona” ilə matç “Real” üçün xüsusi olub.

90plus.az “Gracenote”a istinadən xəbər verir ki, “kral klubu” əzəli rəqibi üzərində bütün turnirlərdə ardıcıl 3-cü qələbəsini qazanıb (2:1). Madrid təmsilçisi son dəfə belə nəticəni 43 il əvvəl 1977/78 mövsümündə göstərib.

Qeyd edək ki, “Real” bu qalibiyyətdən sonra xallarının sayını 66-ya çatdırıb və turnir cədvəlində liderdir.

0 comments