top of page

44 nömrənin istehsalı qadağan olundu!


Almaniya millisinin texniki sponsoru olan "Adidas" 44 nömrəli forma istehsal etməyəcək.


90plus.az xəbər verir ki, "Adidas"ın bu qərarına səbəb 44 rəqəminin nasizm simvolu ilə oxşamasıdır.


Oyunçular onsuz da turnir qaydalarına görə bu nömrəni seçə bilməyəcəkdilər, lakin azarkeşlərin 44 nömrəli formanı sifariş etmək imkanı var idi. Bununla belə, "Adidas" 44 nömrəli formanın istehsalınl qadağan edib. 


Xatırlatma: Almaniya millisi Avro-2024-də A qrupunda mübarizə aparacaq. Yulian Naqelsmannın komandasının rəqibləri Şotlandiya, Macarıstan və İsveçrə milliləri olacaq.


Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

0 comments

Коментарі


bottom of page