“5:0 çox əla hesabdır” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 9-cu turunda “Mançester Yunayted”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 5:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:


“Nə deyə bilərəm? Bunu gözləyirdik? Xeyr, çox çılğın bir hesab oldu. Fasilədə uşaqlara daha yaxşı oynamalı olduqlarını dedim. Oyuna nəzarət bizdə idi.


Məsələ daha çox qol vurmaq deyil, matçı zədəsiz başa vurmaq idi. Nəticə çox yaxşıdır. Daha əvvəl tarixdə belə bir hesab olubmu? Bilmirəm, araşdırmaq lazımdır. 5:0 çox əla hesabdır”.

0 comments