top of page

5-7 aprel Bakıda vacib turnir var!


Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında 33 ölkənin iştirakı ilə güləş üzrə Olimpiya Təsnifat turniri keçiriləcək.


90plus.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ən çox iştirakçı yunan-Roma güləşində olacaq. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq. Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.


Biletlərin “iTicket” vasitəsilə satışı sürətlə davam edir. Artıq satışa çıxarılan biletlərin 1/3-i satılıb.


Xatırlatma: Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə iki güləşçi Parisə - Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

0 comments

Recent Posts

See All
bottom of page