top of page

“5-7 metrdən vurmamaq çox pisdir” Kaxaber Sxadadze


"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 27-ci turunda "Araz-Naxçıvan"la matçdan (1:1) sonra mətbuat konfransına qatılıb.


90plus.az xəbər verir ki, Sxadadze oyunu belə dəyərləndirib:


“Oyuna pis başladıq, top itkiləri çox idi. İlk hissədə ümumiyyətlə ötürmə səhvləri çox oldu. İlk 10 dəqiqədə əsəbilik də hiss edilirdi. Sonradan oyunumuzu qaydasına sala bildik, hücumda kombinasiyalı oynadıq. Amma qol buraxdıq". 


O, ikinci hissədə oyunlarının alınmağa başladığını vurğulayıb: "Rəqib azlıqda qalandan sonra üstünlüyə yiyələndik. Çoxsaylı imkanlar yaratsaq da, istifadə edə bilmədik. Belə matçlarda mütləq qalib gəlməliyik. Sonuncu yerdə olduğumuz üçün futbolçularda əsəbilik var, təzyiq böyükdür. Amma texniki ustalıq üzərində çox çalışmalıyıq. 5-7 metrdən vurmamaq çox pisdir. Oyunun məzmunu, hərəkətlilik baxımdan iradım yoxdur. Hücumların sonluğu alınmır. 5-6 qol imkanımız oldu. Yüzfaizlik epizodlarda qol vura bilmirik”.

0 comments

Comments


bottom of page