top of page

5 avtobus azarkeş Tovuzdan Bakıya gəldi

Bu gün Azərbaycan kubokunun yarımfinalının cavab matçında “Neftçi”nin qonağı olacaq “Turan Tovuz”u səfər matçında xeyli azarkeş dəstəkləyəcək.


90plus.az Qol.az-a istinadən xəbər verir ki, Tovuzdan azarkeşlərlə dolu azı 5 avtobus Bakıya yola düşüb. Şəxsi maşınları ilə paytaxta gələnlər də az deyil. Tovuzdan təxminən 500 azarkeş Bakıya yollanıb.


Bundan başqa, klub “Bakcell Arena”dakı matç üçün 5A sektoruna 800 bilet alaraq azarkeşlərə paylayıb. Oyunda 1000-dən artıq “Turan Tovuz” azarkeşinin olacağı gözlənilir.


Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” matçı saat 20:00-da başlayacaq. Komandalar arasında keçirilən ilk oyunda “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.

0 comments
bottom of page