52 yaşında hücumçu 

Yokohama" dünyanın ən yaşlı peşəkar oyunçularından olan 52 yaşlı futbolçusu Kazuyoşi Miura ilə sözləşməsini yeniləyib.

90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yaponiya təmsilçisi hücumçu ilə 2020-ci ilin sonunadək müqavilə imzalayıb. Miura bununla da karyerasında 35-ci mövsümü də keçirə biləcək.

Qeyd edək ki, K.Miura bu mövsüm "Yokohama"nın heyətində 5 oyuna çıxsa da, qol vura və ya qol ötürməsi edə bilməyib.

0 comments