7 Oyunun "bəla"sı...

"Arsenal” baş məşqçisi Unai Emerini istefaya göndərib.

90plus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İstefaya komandanın son uğursuz çıxışları, konkret olaraq 7 oyunluq ardıcıl qələbəsiz seriya səbəb olub. Baş məşqçi vəzifəsinin müvəqqəti olaraq Fredrik Yunqberq icra edəcək. Xatırladaq ki, Emeri “Arsenal”a 2018-ci ilin yazından rəhbərlik edirdi.

0 comments