top of page

711-də başlayıb 2022-də bitən Mərakeş - İspaniya münaqişəsinin tarix və futbol səhifələri..ARAŞDIRMA



Mərakeş uzun aradan sonra ilk dəfə İspaniyanı məğlub etdi.

90plus.az'ın araşdırmasına görə, Mərakeş və İspaniya müharibələrinin tarixi ta 711-ci ilə dayanır. Ərəblərin Şimali Afrikada qolu olan Tarık İbn Ziyadın (Cəbəllütarik adı burdan gəlir) başçılığı altından İspaniya üzərində ilk qələbə qazanır və bu 1274-ə qədər davam edir. Daha sonra güc İspanlara tərəf keçir. Müasir silahların sayəsində Qranada döyüşlərini qazanan İspanlar Cəbəllütariki geri ala bilirlər.

Bu münasibət bir də 1800lərin ortasında pozulur. İspaniya Mərakeşi məğlub edərək öz müstəmləkəsinə çevirir. 1912-ci il 28 noyabrda Mərakeş öz müstəqilliyinə qovuşur.

Tam 110 il sonra Mərakeş İspaniya üzərində daha bir qələbə qazandı. Penaltilərdə Yassine Bono İspaniyaya təkbaşına dirənc göstərir və qələbə. Amma burda qeyd etmək lazımdır ki, Mərakeş tipli ölkələrin uğurlu olması üçün elə İspaniya kimi qonşuya ehtiyacı var. Təsadüfi deyil ki, heyətdəki futbolçuların bir çoxu ispaniya doğumludur və ispan klublarda çıxış edirlər.

Qeyd edək ki, Mərakeş 1/4 finalda matçını daha bir qonşusu (su üzərindən) Portuqaliyaya qarşı keçirəcək. Uğur qazanacağı təqdirdə yarımfinalda oynayan ilk Afrika ölkəsi olacaq. Matç 10 dekabr saat 19:00da keçiriləcək.

0 comments
bottom of page