8 ildən sonra

“Sumqayıt” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

90plus.az PFL-in saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Premyer Liqanın 15-ci turunda “Səbail”in qapısından üç cavabsız top keçirib.


“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/19 mövsümünün II turunda qalib gəlib. Həmin vaxt səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqilə qalib gəlməyib.

“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13 mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.

0 comments