
"Matç ərzində böyük üstünlüyə sahib idik".
90plus.az xəbər verir ki bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis rəqibin komanda şəklində öz cərimə meydançasında müdafiə olunduğunu bildirib: "Avtoqoldan sonra 90 dəqiqə müdafiədə oturdular".