"90 dəqiqəni eyni tempdə çatdıra bilmərsən"


“Yaxşı, gərgin və maraqlı oyunun şahidi olduq. Matça üstünlüklə başladıq. Daha üstün, dominant futbol oynamağa çalışdıq. Əlimizə düşən fürsətlərdən istifadə elədik, vacib qollar vurduq". 90plus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyre Liqasının 9-cu tur oyunundan sonra mətbuat konfransında deyib. "Keşlə" fasilədən sonra sistem dəyişikliyi etdi, ikinci hissəyə fəal başlayacaqlarını gözləyirdik. Hesabda geridə idilər, hücumda çoxalacaqlarını bilirdik. İlk 10-15 dəqiqə də “Keşlə”nin üstünlüyü şəraitində keçdi. Amma daha sonra yenə öz oyunumuzu göstərdik, fərqi artırıb, oyunu bitirmək istədik. Düzdür, bu dəfə imkanlardan istifadə edə bilmədik. Amma komandamdan razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq növbəti tura hazırlaşmalıyıq”. “Ərazi üstünlüyü bizdə idi. 90 dəqiqəni eyni tempdə çatdıra bilmərsən. Mən komandanın oyun zamanı tempi yavaş-yavaş artırmasının və ərazi üstünlüyünə yiyələnməsinin tərəfdarıyam. “Neftçi” ilə oyunda hesab 1:1 idi, 1 xal bəlkə də bizim üçün pis deyildi. Ancaq əksinə, sürəti artırmağa çalışdıq. Bu gün də hesaba baxmayaraq, eyni şəkildə oynadıq. “Keşlə”nin nə qədər təhlükəli komanda, güclü futbolçulara malik olduğunu bilirik. Son 4 turda yaxşı çıxış etmişdilər. Ötən turdakı məğlubiyyətə baxmayaraq, qol imkanları var idi. Bu komandaya qarşı geri çəkilib hesabı qorumaq çox təhlükəli olardı. Üstünlüyü inkişaf etdirmək mütləq idi. Düzdür, alınmadı. Amma ən azı düzgün futbol oynadıq, rəqibə ikinci hissənin ortalarından üstün futbol oynamağa, fərqi azaltmağa imkan vermədik”. O, hazırda davam edən “Qarabağ” – “Neftçi” görüşü barədə də fikirlərini bölüşüb: “Məndən soruşsanız, hər tur “Qarabağ” – “Neftçi” matçının olmasını istəyərəm. Hansının heyətində olmağımdan asılı olmayaraq, bu oyun həmişə mənim üçün fərqli ab-hava daşıyıb. Hər iki komanda yaxşı formadadır”.

0 comments