99 ildən sonra qələbə!


“Bernli”nin İngiltərə Premyer Liqasının 24-cü turunda səfərdə “Mançester Yunayted” üzərində qələbəsi (2:0) əlamətdar olub.

90olus.az xəbər verir ki, komanda 99 il sonra ilk dəfə “Mançester Yunayted”i səfərdə məğlub etməyi bacarıb.

1962-ci ildən “Old Traffod”da qalib gələ bilməyən “Bernli”, ümumilikdə “qırmızı şeytanlar”ı səfərdə sonuncu dəfə 1921-ci ildə udub.

Qeyd edək ki, Şon Dayçın rəhbərlik etdiyi “Bernli” hazırda Premyer Liqada 13-cü sıradadır.

0 comments