top of page

Açılış matçında ev sahibləri məğlub oldu

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.


90plus.az - ın məlumatına görə, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.


Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək.



0 comments
bottom of page