Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulacaq.
90plus.az , yarışın son günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.
60 kq-da mübarizə aparan Nihat Məmmədli təsəlliverici qarşılaşmada macarıstanlı Erik Torba ilə qarşılaşacaq.
67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov finalda gürcüstanlı Coni Xetsurianini sınağa çəkəcək.
72 kq-da Ülvü Qənizadə də qızıl medal görüşünə çıxacaq. Onun rəqibi fransalı İbrahim Qanem olacaq.
Nəhayət, 82 kq-da yer alan Rafiq Hüseynov bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) / Roland Şvarts (Almaniya) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.